Cəbhədə şəhid olanların sayı 5-ə çatıb.Atışma zamanı 8 əsgərimiz yaralanıb.
Xatırladaq ki, Bu gecə ermənilər Ağdam-Ağdərə istiqamətində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara növbəti dəfə basqın etməyə cəhd göstəriblər. Düşmən itki verərək geri çəkilməyə məcbur edilib.
Düşmən təxribatı zamanı, onun hücumunun qarşısını alarkən Silahlı Qüvvələrimizin bölmələri itki verib.
Həlak olan hərbi qulluqçular:
– gizir Əliyev Pərvin Səlahəddin oğlu;
– kiçik gizir Hüseynov Rahil Əfsər oğlu;
– kiçik gizir Əhmədov Elçin Rasim oğlu;
– müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Quliyev Sərxan Qeyrət oğlu.
Hazırda erməni təxribatının qarşısının alındığı istiqamətdə vəziyyət Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır. (ans)
***
Cəbhə xəttində bir neçə istiqamətdə intensiv atışma davam edir. Ağdam istiqamətində düşmən geri oturdulub və geri çəkilməyə məcbur edilib. Düşmən tərəfinin də itki verdiyi deyilir (bizimyol.info).
***
Bu dəqiqələrdə cəbhənin Ağdam istiqamətində şiddətli döyüş gedir. Hərbi mənbələrdən bizimyol.info-ya daxil olan məlumata əsasən ordumuz daha iki şəhid verib, 4 nəfər isə yaralanıb. Mənbə ermənilərin bizim mövqeyimizə hücum etdiyini qeyd edir və digər istiqamətlərdən də hücuma məruz qalacağımız gözlənilir: “Adətən səhərə yaxın hucuma keçirlər. Hələliksə Ağdam və Qazax tərəfdə döyüşlər gedir”.