Bakıda, metronun “Koroğlu” stansiyası yaxınlığında intihar cəhd hadisəsi yaşanır. Əslən Qərbi Azərbaycandan olan 62 yaşlı Yusif Abbas oğlu Əmirov deyilən yerdə körpüyə çıxaraq özünü yandıracağını bəyan edir. O, özü ilə benzin də götürüb (apa).
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
62 yaşlı kişi günahsız yerə 14 il həbsdə yatdığını və azadlığa çıxandan sonra ona qarşı başlanmış cinayət işinin yeniləndiyini deyir, buna görə də etiraz əlaməti olaraq özünü yandıracağını bildirir.
Hazırda onu intihar niyyətindən daşındırmaq üçün danışıqlar aparılır.