Riçard Morninqstar ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsində öz səlahiyyətlərini artıq başa vurub. Bu barədə Trend-ə ABŞ-ın Azərbaycandakı səfirliyindən bildiriblər.
Səfirliyin məlumatına görə, səfir artıq öz vətəninə yola düşüb.
ABŞ prezidenti Barak Obama Azərbaycanda yeni səfir postuna hazırda dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin birinci müavini olan Robert Frensis Sekutanın namizədliyini irəli sürüb.