İsrail səfirliyi qarşısında keçirilən aksiyada saxlanılanlardan 5-i məhkəmə qərarı ilə 300 manat cərimə olunub.
Bunu virtualaz.org saytına açıqlamasında Azərbaycan İslam Partiyasının (AİP) rəsmisii Akif Heydərli deyib.
A.Heydərli dünən Qüds günü ilə bağlı İsrail səfirliyi qarşısında baş tutan aksiyanın AİP tərəfindən təşkil edildiyini və tədbirdə 100-dən çox inanclı şəxsin iştirak etdiyini bildirib. Aksiya zamanı 44 nəfərin saxlanıldığını və Yasamal Rayon Polis İdarəsinin 27-ci bölməsinə aparıldığını deyən A.Heydərli bildirib ki, saxlanılanlar izahahatı alındıqdan sonra sərbəst buraxılıblar.
“Saxlanılan 44 nəfər dünən axşam saatlarında sərbəst buraxıldı. 5 nəfər Yasamal Rayon Məhkəməsinin qərarı ilə 300 manat cərimə edildi. Cərimələr pul olmadığından ödənilməyib. Lakin ödəniləcək”, – deyə partiya rəsmisi vurğulayıbi.
Cərimələnənlər partiyanın sədr əvəzi Elçin Manafov, Vüqar İbayev, Səbuhi Səlimov, Növrəstə İbrahimova, Kərbəlayi Elvindir.
A.Heydərli qeyd edib ki, aksiyadan sonra partiyanın Yasamal rayonu ərazisindəki qərargahına da polis əməkdaşları tərəfindən baxış keçirilib. Qərərgahda olanlar polis idarəsinə aparılaraq izahatları alınıb. Qərargahın fəaliyyətinə icazə verən polislər partiya rəhbərliyinə sakinlərin narahat edilməməsi ilə bağlı xəbərdarlıq ediblər.