Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin Malayziya təyyarəsinin səhvən vurulduğunu deyib. Onun sözlərinə görə, bu səbəbdən də qəza terror aktı hesab oluna bilməz. Çurkin bunu terroruların telefon danışığının olması ilə bağlı suala cavab verərkən deyib. «Ukraynanın şərqində olanlar hərbi təyyarəni vurduğunu deyib. Əgər onlar hərbi təyyarəni vurduqlarını düşünürsə, deməli sərnişin təyyarəsinin vurulması səhv nəticəsində baş verib. Əgər bu səhv olubsa, deməli terror aktı deyil», – deyə səfir bildirib.
azadlıq.info