Rusiyanın Ukraynada separatçılara dəstək verən fəaliyyəti maliyyə bazarında ona baha başa gəlir. “Bloomberg” yazır ki, Moskva Banklararası Valyuta Birjasının indeksi Putin Krımla bağlı aktiv fəaliyyətə başlayandan, bu ilin fevralından düşməyə başlayıb. Rusiyanın səhm bazarında itkisi təxminən 28 milyard dollar məbləğində qiymətləndirilir.
“Bloomberg”ə görə, Donteskdə separatçıların nəzarət etdiyi ərazidə Malaziyaya məxsus “Boeing”in vurulmasından sonra Moskvanın bu sahədə itkiləri daha da artacaq. Rusiya obliqasiyalarının defoltdan qorunması üçün çəkilən xərc “Boeing”in vurulduğu 17 iyuldan sonra daha da artıb.
azadliq.info