Rusiya Dövlət Dumasının deputatı Andrey Luqavoy Britaniya hakimiyyətinin 8 il əvvəl Londonda dünyasını dəyişən Aleksandr Litvinenkonun işinin ictimai araşdırılması ilə bağlı qərarını «ədəbsizliyin yüksək həddi» adlandırıb.
Deputatıın sözlərinə görə, Britaniya hüquq mühafizə orqanları siyasi əlverişli məqamda Litvinenkonun işini yenidən qaldırır. Luqovoy hesab edir kki, hazırda Ukraynanın şərqində baş verənlərə görə Qərb Rusiyaya və şəxsən prezident Putinə bu yolla təzyiqi artırır.
Qeyd edək ki, çərşənbə axşamı Böyük Britaniyanın daxili işlər naziri Tereza ey Litvinenkonun qətlinin ictimai araşdırılmasına başlanılacağını bəyan edib.
Britaniya prokurorluğu Litvinenkonun qətlində keçmiş FTX agenti, sonradan deputat olan Andrey Luqovoydan şübhələnir.
azadlıq.info