“Sovetski” sakinləri Heydər Əliyevin doğum günündə – mayın 10-da etiraz aksiyası keçirməyi planlaşdırır. Bu barədə “virtualaz.org”a sakinlər məlumat verib. Bildiriblər ki, aksiyanın keçirilməsində məqsəd söküləcək evlərin hər kvadratmetri üçün təklif olunan məbləğə etiraz etməkdir. Xatırladaq ki, Yasamal Rayon Icra Hakimiyyətinin başçısı Ibrahim Mehdiyev aprelin 22-də mətbuata açıqlamasında artıq 700-ə yaxın ailənin verilən kompensasiya ilə razılaşdığını bildirib.