Media Hüquqları İnstitunun rəhbəri Rəşid Hacılı tanınmış jurnalist Rauf Mirqədirovun həbsinə facebook səhifəsində münasibət bildirib. R.Hacılı R.Mirqədirovun həbsinin təsadüfi olmadığını qeyd edib: “Rauf Mirqədirov həmişə hökuməti tənqid edib. Amma onun tənqidlərinin hakimiyyət üçün xoşagələn olmasa da onları özündən çıxaracaq şiddətdə olduğunu görməmişəm. Baş redaktor Elçin Şıxlı da riskləri kontrolda saxlamağı və idarə etməyi məharətlə bacarır. Raufun həbsiylə bağlı hökumətin versiyası mənə ən az ağlabatan görünür. Rusiyanın və Putinin kəskin tənqidi də Raufun həbsinin səbəblərindən ola bilər. Putin Administrasiyası bunu bizim Administrasiyadakıların əliylə asanca edə bilərdi yəqin.Amma bir variant da var ki, daha ağlabatan gəlir mənə. Raufun həbsinin arxasında Ermənistan hakimiyyəti durması. Hesablamalar göstərir ki, Sərkisyan-Koçəryan hakimiyyəti Raufun həbsində ən çox maraqlı olan tərəf sayıla bilər.
1-cisi, Raufun ən kəskin tənqid hədəfi məhz Ermənistan hakimiyyəti olub həmişə.
2-cisi Raufun Ermənistanda əməkdaşlıq etdiyi şəxslər Sərkisyanına məhz qatı müxalifətdə olan şəxslər olublar.
3-ccüsü Bu şəxslər Ermənistan hakimiyyətiylə yanaşı onun yaxın müttəfiqi olan Putini də ölümünə tənqid edirlər. Putunə də yaxşı hədiyyədi.
Ermənistan hakimiyyəti bu oyunu qurub, Azərbaycan hakimiyyətini bu oyuna inandırmaqla, Raufu həbs etdirməklə Azərbaycan hakimiyyətinin imicini daha da aşağı salmağa müvəffəq olur. Özü də təkcə jurnalist haqları, hüquq müdafiəçilərinin sıxışdırılması baxımından yox. Bu həm də “Baxın, Azərbaycanda sülh, dialoq tərəfdarı olan tanınmış şəxslərə belə divan tutulur!” demək üçün xeyli əsaslar vermiş oldu.
Azərbaycan hökumətini bu tələyə salan təkcə Sərkisyan hökumətinin bu oyunu yaxşıca qurmasi yox, həm də Azərbaycan hökumətinin müstəqil jurnalistləri və QHT-ləri özünə düşmən görməsi, kiçicik bir bəhanədən istifadə edib onlara qara yaxmaq, həbs etmək, əzmək ehtirasının başgicəlləndirəcək dərəcədə güclü olmasıdır”.