“Art for Democracy” (“Demokratiya naminə incəsənət” hüquq müdafiə kampaniyası aprelin 29-da öz saytının və Azərbaycanda incəsənət azadlığı sahəsində vəziyyət haqqında hesabatının təqdimatını keçirəcək.
Tədbirdə incəsənət nümayəndələrinin, hüquq müdafiəçilərinin, curnalistlərin, ictimai xadimlərin və xarici diplomatik missiyaların əməkdaşlarının iştirakı gözlənilir.
“Art for Democracy” hüquq müdafiə kampaniyası 2012-ci ilin dekabrında Reportyorların Azadlıq və Təhlükəsizlik Institutu (RATI), Insan Hüquqları Klubu və Mill və Beynəlxalq Münasibətlər Mərkəzi tərəfindən müxtəlif incəsənət formaları ilə demokratiya ideyalarının və insan hüquqlarının təbliği məqsədilə yaradılıb.