Bu gün Simferopolda Krım tatarlarının Məclisinə «laqeyd olmayan» vətəndaşların çağırışına əsasən polis təşrif buyurub. Buna səbəb Məclis binasının üzərində Ukrayna bayrağının qaldırılması olub. Məclis üzvlərindən Rra Şevkiyev isə polisin bu hərəkətinə etirazını bildirib: «23 il ərzində mitinqlərdə, binaların üzərində Rusiya bayyrağı olanda bu sizi narahat etmirdi, indi Ukrayna bayrağı narahat edir?»
Polis əməkdaşları isə baş verənlərlə bağlı protokol tərtib edib və Şevkiyevə bildiriblər ki, o hadisə ilə bağlı məlumat verməyə bilər. Polis həm də onu bildirib ki, bayrağın qaldırılması təxribata və binaya hücuma səbəb ola bilər.
Xatırladaq ki, Krım tatarlarının Məclisi hökumətin analoqudur. Martın 20-də Ukrayna Radası Krım tatarlarını Krımın yerli əhalisi kimi tanıyıb. Həmçinin Qurultay və Məclisi qanuni elan edib.
azadlıq.info