Asif Əliyev bir neçə aylıq həbsdən sonra azadlığa buraxıldı
Aprelin 12-də dələduzluq ittihamıilə həbs olunmuş teleaparıcıIlham Mirzəyevin bir neçə ay əvvəl tutdurduğu Asif Əliyevin məhkəməsi yekunlaşıb. Dünən Yasamal Rayon Məhkəməsində elan olunan hökmə əsasən, Asif Əliyev həbsdən azad edilib.
Cinayət Məcəlləsinin 134-cü (hədələmə) və 221-ci (xuliqanlıq) maddələri üzrə Asif Əliyevə bəraət verilib. Ona qarşıittiham irəli sürülmüş CM-nin 127.2.3-cü (ümumi təhlükəli üsulla xuliqanlıq törətmə) maddəsi isə 127.1-ci (zərərçəkmiş şəxsin həyatıüçün təhlükəli olmayan üsulla az ağır xəsarət yetirmə) maddəsinə tövsif edilib.
Qeyd edək ki, Asif Əliyevin keçmiş həyat yoldaşıIlham Mirzəyevin dayısıqızıdır. Teleaparıcıiddia edirdi ki, Asif Əliyev “Space” telekanalının binasıqarşısında onu döyüb, ölümlə hədələyib. Lakin Asif Əliyev məhkəmədə bəyan edib ki, Ilham Mirzəyev yalan danışır, ona böhtan atır. Hadisənin baş verdiyi iddia olunan vaxtda o, evində olub.
Asif Əliyevin vəkili onun dediklərini təsdiqləyən sübutlar da ortaya qoymuşdu. Məsələn, mobil operatorlardan alınan arayışlar göstərir ki, iş materiallarında hadisənin baş verdiyi göstərilən vaxt heç Ilham Mirzəyevin özü də “Space” telekanalının yaxınlığında olmayıb. Həmin vaxt onun telefonu “8-ci kilometr” qəsəbəsi yaxınlığındakımobil stansiyaların əhatə dairəsində olub. Asif Əliyevin telefonu isə özünün də dediyi kimi, evinin yerləşdiyi ərazidəki stansiyaların əhatə dairəsində qeydə alınıb.
Ortaya qoyulan sübutlara baxmayaraq, prokuror Asif Əliyev üçün 5 il həbs cəzasıistəmişdi.
Aytən