Məşhur Kolumbiyalı yazıçı, Nobel mükafatı lauriyatı Qabriel Qarsiya Markes 87 yaşında Meksikanın paytaxtı Mexikodakı xəstəxanada vəfat edib. Markes xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, infeksiyaya yoluxma və oqranizmin zəifliyi səbəbindən dünyasını dəyişib.
Markes təkccə yazıçı yox, həm də jurnalist, naşir və siyasi xadim kimi ad çıxarıb. O, 1982-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı alıb.
Görkəmli yazıçı «tilsimli realizm» ədəbi cərəyanının təmsilçisi sayılır.
O, Latın Amerikasının, bütövlükdə 20-ci əsr dünya nəsrinin azman sənətkarlarından biri, dünyaca məşhur «Yüz ilin tənhalığı», «Patriarxın payızı», «Polkovnikə yazan yoxdur» əsərlərinin müəllifidir.