ABŞ prezidenti Barak Obama Cenevrə görüşünün Ukraynadakı vəziyyətin diplomatik yolla həlli üçün perspektivlər açdığını bildirib. Obama hesab edir ki, Ukraynadakı ruslar və rusdillilər hüquqlarının qorunması məsələsində qanuni zəmanətlər almalıdırlar. O, bu xüsusda Ukrayna baş nazirinin konstitusiya islahatları barədə verdiyi vədi yüksək qiymətləndirib.
Amerika prezidenti əlavə edib ki, Vaşinqton Rusiyaya qarşı əlavə sanksiyaların işlənib hazırlanmasından imtina etməyib, ancaq Cenevrə sənədinə əməl olunacağına ümid edir (Reuters).