Vətəninfo.az-a məlumatlı mənbələrdən sızan xəbərə görə, Fətullah Gülənin lideri olduğu “Nurçu”larla bağı hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində həbs edilənlərin mənzilindən mühüm sənədlər götürülüb. Mənbənin məlumatına görə, bu sənədlərdə Azərbaycanda təriqətin yayılmasına dair müxtəlif sənədlərlə yanaşı, kimin hansı vəzifəni tutması ilə bağlı faktlar da yer alıb. İddialara görə, ələ keçirilən sənədlərdə millət vəkili Ceyhun Osmanlı, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov və digər hazırda müxtəlif vəziflərdə olan “Nurçu”larla bağlı ciddi faktlar yer almaqdadır. Redaksiyamıza daxil olan iddialara görə, millət vəkili Ceyhun Osmanlı və SAM rəhbəri Fərhad Məmmədovun ölkədən çıxması qeyri-rəsmi qadağan edilib. Bildirilir ki, hər iki şəxs yaranmış vəziyyətlə bağlı müəyyən şəxslərə çıxsalar da, nəticə əldə olunmayıb.
Redaksiyadan: Bu məlumatla bağlı millət vəkili Ceyhun Osmanlının mövqeyini öyrənmək üçün deputatın telefonuna zəng etsək də, Ceyhun Osmanlı dəstəyi götürmədi.
Qeyd edilən iddialarla bağlı Ceyhun Osmanlının və SAM rəhbəri Fərhad Məmmədovun da mövqeyini dərc etməyə hazırıq.