Bu dəqiqələrdə Yanukoviçi Rusiya Qara dəniz donanmasının dinəz piyadası briqadasının ərazisində görüblər
Ukrayna parlamentinin deputatı Oleq Lyaşko öz “Facebook” səhifəsində yazıb ki, Viktor Yanukoviçi Rusiya hərbi gəmisində Ukraynadan çıxarmaq istəyirlər.
ANS PRESS-in məlumatına görə, o yazıb: “Mikrorayon sakinləri bu dəqiqələrdə Yanukoviçi Rusiya Federasiyasının Qara dəniz donanmasının dinəz piyadası briqadasının ərazisində görüblər. Onu elə indi Rusiya hərbi gəmisində çıxarmaq istəyirlər”.
Daha öncə “Facebook”da məlumat yayılıb ki, Viktor Yanukoviç Yaltadan keçərək Sevastopola gedib.