Rusiya müxalifət liderlərindən olan Aleksey Navalnı «Exo Moskvı» radiosuna müsahibəsində ev dustaqlığı olması məsələsinə və Rusiyanın Ukrayna siyasətinə toxunub.
Krım mövzusuna toxunan Navalnı hazırda yarımadanın de-fakto Rusiyaya məxsus olduğunu deyib. Krımın Rusiyaya birləşdirilməsi prosesinə tənqidi yanaşan müxalifət lideri bu ərazinin heç vaxt Ukraynaya qaytırmayacağını da qeyd edib. «Gəlin özümüzü aldatmayaq. Ukraynalılar da özlərini aldatmasınlar. Krım Rusiyanın ərazisi kimi qalacaq və heç vaxt Ukraynaya qayıtmayacaq», – deyə o qeyd edib.
Prezident olacağı təqdirdə Krımı Ukraynaya qaytara bilərmi sualına Navalnı «Krım kolbasalı buterbrod deyil ki, onu ora bura qaytaraq» cavabını verib.
Navalnı hesab edir ki, Krımda normal, demokratik referendum keçirməyə ehtiyac var. «Bu referendumun nə ilə nəticələnəcəyini ehtimal edir. Qərar necə olacaqsa, elə də olmalıdır», – deyə Navalnı bildirib.
azadlıq.info