ABŞ-ın birinci xanımı Mişel Obamanın əlində turpla rəqs etməsi internetdə günün ən populyar videosuna çevrilib.
Sağlam qidalanma kampaniyalarına dəstək verən Mişel Obama internetdə bu mövzuda keçirilən sual-cavab seriasına qatılıb. Xanım Obama ona ünvanlanan suala əlində turp tutaraq bir parça replə cavab verib. O, orijinalda sözleri "Turn down for what?" olan bir musiqini "Turnip (turp) for what?" kimi dəyişərək oxuyub və rəqs edib.
6 saniyəlik video bir gündə təxminən 17 milyon dəfə izlənilib.
Mişel Obama bunun ardından uşaqlarla bilikdə Ağ evin həyətində yetişdirdiyi tərəvəzləri yığaraq yemək bişirib.