“Yenidən ASAN-Xidmətə müraciət edib şəxsiyyət vəsiqəsi almağı məsləhət gördülər”
Oktyabrın 13-də DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) olan jurnalist Aytən Fərhadovaya onun ASAN-Xidmətin Sumqayıt şöbəsində polis tərəfindən saxlanması texniki səhv olduğu bildirilib.
Bu barədə Meydan TV-yə danışan xanım Fərhadova bildirib ki, onun “mənim adımın üstümdən “stop” götürülüb” sualına cavab verilməyib: “Sadəcə, dedilər ki, yenidən ASAN-Xidmətə müraciət edin, şəxsiyyət vəsiqəsi veriləcək. Əgər yenidən problem yaransa, onlara deyin ki, DİN-in BMCMİ-nə zəng edin, özləri vəziyyəti xatırladacaq”. (meydan.tv)