Bərdə rayonunda ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, rayonun Xəlisli kəndində 15 yaşlı oğlanın idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.
Nəticədə yeniyetmə sürücü aldığı ağır xəsarətlərdən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.