2016-cı ilin dövlət büdcəsində Penitensiar Xidmət üçün nəzərdə tutulan vəsait əhəmiyyətli dərəcədə azaldılıb. Bu barədə İstiqlal.az-a daxil olan məlumatda deyilir ki, vəsaitin azaldılması Penitensiar Xidmət rəhbərliyinin narazılığına səbəb olsa da, qərar dəyişməz olaraq qalacaq.
Yəni, Milli Məclis büdcə zərfini müəyyənləşdirildiyi kimi təsdiq edəcək. Məlumata görə, bu baxımdan artlq indidən penitensiar xidmətdə xərclər azaldılıb. Məlumatda deyilir ki, hətta məhbusların qıda normasına da ciddi “əl gəzdirilib”. Bu isə cəzaçəkçə müəssisələrində narazılığa səbəb olub.
Məlumata görə, Penitensiar Xidmətin rəhbərliyi hər an cəzaçəkmə müəssisələrində qiyam olacağından ehtiyat edir. Penitensiar sistemdə çalışanlar bildirir ki, büdcədən ayrılan vəsaitin azaldılmasına baxmayaraq məhbusların qida normasını azaltmaq doğru addım deyil. “Belə vəziyyətdə də məhbusların əvvəlki qaydada qida ilə təmin olunmasını mümkündür. Sadəcə “cari xərclər” çox olduğuna görə Penitensiar Xidmətin rəhbərliyi məhbusların qidasını kəsib”,-deyə penitensiar sistemdə çalışanlar bildirib.