Rusiya prezidenti Vladimir Putinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər naziri müavini Mixail Bogdanov, PKK-nın Suriya qanadı olan PYD-nın həmsədri Saleh Müslimlə Parisdə bir araya gəlib.
Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Parisdə keçirilən görüşdə, İŞİD və digər təşkilatlarla mübarizədə səylərin birləşdirilməsi müzakirə olunub. Hazırda Suriyada hava əməliyyatları aparan Rusiya, PKK-nın Suriya qanadından quru əməliyyatlarında dəstək almaqda maraqlıdır.
azadliq.info