“Azərbaycan Beynəlxalq Bankı”ının (ABB) problemli aktivlərinin “Aqrar Kredit” bank olmayan kredit təşkilatına (BOKT) verilməsinə artıq başlanıb.
Bu barədə jurnalistlərə açıqlamasında BOKT-un İdarə Heyətinin üzvü Süleyman Kələşov bildirib.
Onun sözlərinə görə, artıq borclu iş adamları ilə görüşlər keçirilir:
“Biz vaxtı keçmiş kreditləri iqtisadi yollarla, əsasən kredit müqaviləsinin müddətinin artırılması yolu ilə geri qaytarmaq istəyirik. Müəyyən iqtisadi çətinliklər ola bilər, buna görə də, həmin sahibkarlara vaxt veriləcək. Amma elə müəssisələr də var ki, onlar faktiki bu gün fəaliyyət göstərmirlər, belələri ilə Daxili İşlər Nazirliyinin müvafiq strukturları məşğul olacaqlar”.
Avqust ayında əhali banklardakı əmanətlərini 284,8 milyon manat azaldıb.
Mərkəzi Bank xəbər verir ki, 01 Sentyabr 2015-ci il tarixinə əhalinin banklarda əmanətlərinin məbləği 7 milyard 320,3 milyon manat təşkil edib. Bu, Avqust ayının 1-i ilə müqayisədə 284,8 milyon manat azdır. Avqustun 1-də əhalinin banklarda əmanətləri 7 milyard 605,1 milyon manat idi.
DOLLARDAKI ƏMANƏTLƏR ARTIR
Əmanətlərin 25,2%-i və ya 1 milyard 847,9 milyon manatı milli valyutada, 78,8%-i isə xarici valyutada (əsasən dollarda) olub.
Avqustun əvvəlində əmanətlərin 28%-i və ya 2 milyard 138,7 milyon manatı milli valyutada, 72%-i və ya 5 milyard 466,4 milyon manatı xarici valyutada idi.
Bankların iqtisadiyyata ayırdığı kreditlər azalır.
Mərkəzi Bank xəbər verir ki, Avqustun sonuna kredit qoyuluşlarının məbləği 20 milyard 95,8 milyon manat təşkil edib. Bu, İyul ayının sonu ilə müqayisədə 91,7 milyon manat azadır.
Bu ilin Yanvar ayının əvvəlindən Avqust ayının sonunadək kredit qoyuluşlarının məbləği 601,4 milyon manat azalıb.
Kredit qoyuluşlarının 7 milyard 684,3 milyon manatını və ya 38,2%-ni ev təsərrüfatlarına verilmiş kreditlər (istehlak kreditləri) təşkil edib. Avqust ayında ev təsərrüfatlarına verilən kreditlər 85,6 milyon manat azalaraq 7 milyard 769,9 milyon manatdan 7 milyard 684,3 milyon manata düşüb.