ABŞ və 11 Sakit okean ölkəsi oktyabrın 5-ə Transsakit okean (TST) tərəfdaşlığı yaratmağa dair razılığa gəliblər. ABŞ-la yanaşı Atlantada sənədi Avstraliya, Bruney, Kanada, Çili, Yaponiya, Malayziya, Meksika, Yeni Zelandiya, Peru, Sinqapur və Vyetnam imzalayıb.
TST-nin yaradılması ilə bağlı danışıqlar son 8 il ərzində aparılırdı. Yeni ticarət ittifaqı dünyanın ən böyük ittifağı olmaqla yanaşı dünya ticarətinin təxminən 40%-i əhatə edəcək.
ABŞ administrasiyasının fikrincə, razılaşma ABŞ-ın Şərgi Asiyada təsirini gücləndirməyə, Çinin regionda iqtisadi mövqelərini zəiflətməyə kömək edəcək.
Obamanın qələbəsi kimi qiymətləndirilən yeni ittifaq ticarət baryerlərinin tam aradan qaldırılmasını nəzərdə tutur, bu da iştirakçı-ölkələrdə məhsulların qiymətini azaltmağa imkan verəcək. Indi sənəd ölkələrin hər birində ratifikasiya olunmalıdır. ABŞ-da Konqresin razılığı olmalıdır, bu da 2016-cı ildən tez baş verməyəcək.
Fizzə