Rusiya Suriyada Bəşər Əsəd əlehdarlarına qarşı yerüstü əməliyyat keçirə bilər. Bu barədə Pentaqondakı mənbəy istinadən CNN məlumat yayıb.
ABŞ hərbi dairələrində olan məlumata görə, artıq Rusiya Suriyada müəyyən kontingent və silah yerləşdirib. Rusiyanın bunu İŞİD-ə qarşı mübarizə məqsədi ilə etdiyi şübhə doğurur. Amerikalı hərbçilər Rusiya hərbi qüvvələrinin Əsədə qarşı müqavil mövqedə olan üsyançılara qarşı istifadə edəcəyini ehtimal edirlər.
CNN-nin yaydığı xəbərə görə, yerüstü qurğular arteleriya və dörd “Smerç” reaktiv sistem qurğularından ibarətdir. Qeyd olunan silahlar Homs və İdlib şəhərləri arasında görünüb. Həmçinin bir neçə həftə əvvəl altı arteleriya qurğusu Latakiya limanına gətirilib.
Yerüstü hərbi əməliyyatların yaxın günlərdə başlanacağı gözlənilir.
Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putin Suriyada yerüstü əməliyyatların keçiriləcəyini istisna edib.
Fizzə