Suraxanı rayonunun Hövsan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin yaydığı xəbərə görə, oktyabrın 5-də saat 20 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində hələlik sürücüsünün şəxsiyyəti müəyyən edilməmiş “Mitsubishi” markalı avtomobil aşıb. Nəticədə sərnişinlərdən Bakı şəhər sakini Məhəmməd Hüseynov və Oğuz rayon sakini Eyvaz Osmanov ölüb, digər 6 sərnişin isə xəstəxanaya yerləşdirilib. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.