Dövlət orqanlarında aylıq vəzifə maaşının minimum məbləği inzibati vəzifələr üçün – 175 manat, yardımçı vəzifələr üçün – 120 manat müəyyən edilib. Bəs maksimum məbləğ nə qədərdir?
Azərbaycanda dövlət qulluqçularının əməyinin ödənilməsi “Dövlət qulluğu haqqında” qanunla tənzimlənir. Dövlət qulluqçusuna verilən məvacibin məbləği dövlət qulluğunun təsnifatına uyğunlaşdırılıb. Bura vəzifə maaşı, mükafatlar və vəzifə maaşına əlavələr da daxildir.
Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasından Modern.az saytına verilən məlumata görə, ölkə başçısının 2008-ci il 9 iyul tarixli, 2934 nömrəli sərəncamı ilə Azərbaycandakı dövlət orqanlarında qulluq edən dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği inzibati vəzifələr üçün – 175 manat, yardımçı vəzifələr üçün – 120 manat müəyyən edilib. Dövlət orqanlarında dövlət qulluqçularının aylıq vəzifə maaşının maksimum məbləği isə 1900 manat civarındadır.
Modern.az-ın araşdırmasına görə, Azərbaycanda dövlət qulluqçularının aylıq vəzifə maaşlarının məbləği sonuncu dəfə ölkə başçısının 2008-ci il 9 iyul tarixli, 2934 nömrəli sərəncamı ilə müəyyənləşdirilib. Sonralar bir neçə dəfə dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədi ilə onların məvaciblərində cüzi artım olub.
Dövlət orqanlarında aylıq vəzifə maaşlarının məbləği ictimaiyyət üçün maraqlı ola bilər. Bu səbəbdən də ilk olaraq Prezidentin Administrasiyasında işçilərinin aylıq vəzifə maaşlarının siyahısını təqdim edirik?
Vəzifələrin adları |
Vəzifə maaşları (manat) |
İnzibati vəzifələrin təsnifatı üzrə: |
|
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri |
1900 |
Azərbaycan Respublikasının Dövlət müşaviri |
1660 |
Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri |
1550 |
Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının şöbə müdiri; Azərbaycan Respublikası Prezidentinin köməkçisi, mətbuat katibi, Protokol xidmətinin rəisi |
1500 |
Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin birinci müavini |
1450 |
Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin müavini |
1350 |
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı şöbəsinin müdir müavini |
1300 |
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı rəhbərinin köməkçisi |
1230 |
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında sektor müdiri |
1200 |
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin sektoru statusuna malik olan təşkilatlarda şöbə müdiri |
1200 |
Azərbaycan Respublikası Dövlət müşavirinin köməkçisi |
1100 |
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin sektoru statusuna malik olan təşkilatlarda şöbə müdirinin müavini |
1050 |
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin sektoru statusuna malik olan təşkilatlarda sektor müdiri, baş mühasib |
1000 |
Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin köməkçisi |
910 |
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında: |
|
baş məsləhətçi |
1150 |
böyük məsləhətçi |
1100 |
aparıcı məsləhətçi |
1050 |
məsləhətçi |
1000 |
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin sektoru statusuna malik olan təşkilatlarda: |
|
baş məsləhətçi |
980 |
böyük məsləhətçi |
960 |
aparıcı məsləhətçi |
930 |
məsləhətçi |
900 |
Yardımçı vəzifələrin təsnifatı üzrə: |
|
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin sektoru statusuna malik olan təşkilatlarda texniki vəzifələr tutan: |
|
baş mütəxəssis (korrektor, stenoqrafçı, arxivarius, montajçı, sürücü, fotoqraf, videooperator, kinooperator, qrup rəhbəri və s.) |
510 |
böyük mütəxəssis (makinaçı, inspektor, kitabxanaçı, xəzinədar, komendant, anbar müdiri və s.) |
450 |
aparıcı mütəxəssis (kargüzar, katibə, ekspeditor və s.) |
390 |
mütəxəssis (kuryer, ixtisas dərəcəsi olan fəhlə və s.) |
330 |