Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclas başlamazdan əvvəl zala daxil olan Vidadi Zeynalovun vəkili Elxan Süleymanov jurnalistlərə hücum çəkib. O, istintaq materiallarını dərc edən KİV nümayəndələrini “əxlaqsız”, “şərəfsiz” sözləri ilə təhqir edib. Buna görə onunla jurnalistlər arasında qarşıdurma yaşanıb. V. Zeynalovun və digərlərinin zaldakı qohumları da jurnalistlərin ünvanına təhqirlər səsləndiriblər.