“Jam.az” saytının rəhbəri Fikrət Fəraməzoğlunun barəsindəki cinayət işi icraata verilib.
Bu haqda vəkil Elçin Sadıqov məlumat verib. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılovun icraatına verilib.
Məhkəmədən verilən məlumata görə hazırlıq iclası noyabrın 22-də, saat 14.00-a keçiriləcək.
Fikrət Fəraməzoğlu bu il iyunun 30-da saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılıb.