ABŞ Türkiyənin 29 oktyabr Cümhuriyyət Bayramı ilə əlaqədar bu ölkədə yaşayan vətəndaşlarına xəbərdarlıq edib.
Birləşmiş Ştatların Türkiyədəki səfirliyinin rəsmi internet ünvanından yayılan müraciətdə bayram tədbirlərinə qatılmaq istəyən amerikalılara ehtiyatlı olmaq tövsiyə olunur: «Tədbirlərin keçirildiyi bölgədə olmanız belə, həbs edilmənizə səbəb ola bilər».
Səfirlik hesab edir ki, həmin gün dinc şəkildə keçirilən tədbirlərdə qarşıdurma və zorakılıq yaşana bilər.
Gültəkin