ABŞ-ın “Bloomberg” agentliyi Rusiyanın adı çəkilməyən yüksək rütbəli çinovnikinə istinadən belə bir məlumat yayııb. Agentliyin xəbərində qeyd edilir ki, Putinlə hərbçilər arasında yaranan fikir ayrılığının səbəbi Rusiya hərbi təyyarələrinin Amerikanın hərbi gəmilərinin həddsiz yaxınlığından uçması olub. “Bloomberg”in məlumatına görə oktyabrın 10-da Rusiya təyyarələri ilə ABŞ gəmiləri arasında insident yaranmışdı. Putin bunu çox riskli addım kimi qiymətləndirərkən hərbçilərdən biri “amerikalılara bu da azdır” deyib. Putinin reaksiyası “siz dəli olmusuz?” cavabı olub.