Texnikabank-ın qorunan əmanətçilərinə son 12 gündə cəmisi min manat kompensasiya ödənilib. Oktyabrın 12-də ödənilən kompensasiyanın məbləği 119 milyon 977 min manat olmuşdu.
Dünən açıqlanan informasiya isə bu məbləğin cəmisi min manat artaraq 119 milyon 978 minə qalxdığını göstərir.
Beləliklə, ADİF tərəfdən Texnikabank-ın qorunan əmanətçilərinə verilən kompensasiyalarda müəyyən azalmanın olduğu nəzərə çarpır. (Fins.az)