AXCP sədrinin köməkçisi, ”Azadlıq” qəzetinin direktoru Faiq Əmirlinin həyat yoldaşı Lalə Əmirlinin şikayəti ilə bağlı oktyabrın 27-də Bakı Apelyasiya Məhkəməsində məhkəmə prosesi keçiriləcək.
Hakim Qədim Babayevin sədrliyi ilə baş tutacaq proses saat 14:00-da keçiriləcək. Proses Faiq Əmirli həbs olunduqdan sonra onun həyat yoldaşının mülkiyyətində olan avtomobilin Baş Prokrorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində heç bir əsas olmadan saxlanılması və hələ də sahibinə qaytarılmaması ilə bağlıdır.