Bakının Səbail rayonu ərazisində kütləvi dava baş verib.
APA-nın məlumatına görə, hadisə Üzeyir Hacıbəyli küçəsi, 21 ünvanında qeydə alınıb.
Binanın həyətyanı sahəsində 4 nəfər arasında mübahisə düşüb. Mübahisə sonradan davaya çevrilib. Dava zamanı soyuq silahdan da istifadə edilib. Nəticədə 1996-ci il təvəllüdlü Abdullayev Vüsal Ramiz oğlu üç bıçaq zərbəsi alıb. Ağır yaralanan V.Abdullayev təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti orta-ağırdır.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində cinayət işi başlanılıb.