Beyləqan rayonunda ümumi sahəsi 240 m2 olan, kürsülü, bir dam altında yerləşən, 2 ailənin yaşadığı evdə vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 80 m2 sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti xəbər verir ki, yanğınsöndürənlər tərəfindən 1942-ci il təvəllüdlü Əliyeva Elmira Əkbər qızının yanmış meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 06:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.