AXCP Gənclər Komitəsinin üzvü, keçmiş vicdan məhbusu Cabbar Savalanlı oktyabrın 1-də polis tərəfindən saxlanılıb. Onu Sumqayıt Şəhər Polis İdarəsinə aparıblar. Bir neçə saat saxlayandan sonra 50 manat cərimə edərək sərbəst buraxıblar.
Sumqayıt polisindən Cabbar Savalanlının saxlanma səbəbini öyrənmək mümkün olmayıb.
Xatırladaq ki, Cabbar Savalanlı sentyabrın 30-da mülkü geyimlilər tərəfindən izləndiyi haqda sosial şəbəkələrdə məlumat yaymışdı.