Bakı şəhərində mənzildən külli məbləğdə pul və qızıl-zinyət əşyaları oğurlanıb. Hadisə paytaxtın Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, ev 21 ünvanında qeydə alınıb.
Həmin evdə yaşayan 1980-cı il təvəllüdlü Leyla Abdullayevanın mənzilindən açıq pəncərədən keçməklə 17 000 ABŞ dolları və 25 000 ABŞ dolları dəyərində qızıl-zinyət əşyaları oğurlanıb.
Faktla bağlı polis əməkdaşları tərəfindən istintaq aparılır. (Report)