2016-cı ilin Yanvar –İyul aylarında Azərbaycan cəmi 2 879 ədəd avtomobil idxal olunub.
Bu il orta aylıq avtomobil idxalı 411 ədəd təşkil edib. Vəziyyət bu cür davam edərsə, 2016-cı ildə avtomobil idxalı 5000 ədəd civarında olacaqdır. Bu da 2000-ci ildən bəri avtomobil idxalında rekord aşağı səviyyədir.
Müstəqil Azərbaycanın tarixində ən çox avtomobil 2013-cü ildə idxal olunub: 104 min 385 ədəd. Həmin illə müqayisədə bu il avtomobil idxalının 20 dəfədən çox az olacağı gözlənilir.
2012 və 2013-cü illərdə Azərbaycana hər ay 8 min ədəddən çox avtomobil idxal olunudu. Bu il Azərbaycana avtomobil idxalı həmin illərin 1 aylıq idxalından belə aşağı olacaqdır.
Azərbaycana 2012-ci ildə 101 min 255 ədəd, 2013-cü ildə 104 min 385 ədəd, 2014-cü ildə 63 min 368 ədəd, 2015-ci ildə 26 min 785 ədəd avtomobil idxal olunmuşdu.
(marja)