Almaniya bu ilin sonuna kimi daha “300 minə yaxın miqrantı” qəbul edəcək, Almaniyanın Federal Miqrasiya və Qaçqınlar Federasiyası bildirib.
Frank-Juergen Weise Bild am Sonntag qəzetinə bildirib ki, əgər bundan çox insan gələrsə onları yerləşdirmək çətin olar.
Lakin o qeyd edib ki, o yeni gələnlərin sayının təxminlərə uyğun olacağına əmindir.
Ötən il Almaniyaya Orta Şərq, Əfqanıstan və Afrikadan bir milyarddan çox miqrant gəlib.
Almaniyanın daxili işlər naziri bildirib ki, bu ilin 6 ayı ərzində 390 mindən çox insan mühacirət üçün müraciət edib, lakin onların neçəsinin ölkəyə ötən il gəldiyi bəlli deyil.
Weise deyir ki, Almaniya əmək bazarının imkan verdiyi qədər miqrant qəbul edilməlidir.
Hərçənd o istisna etmir ki, miqrantların Almaniya cəmiyyətinə qaynayıb-qarışması “uzunmüddətli və bahalı” prosesdir.
Bu ay keçirilmiş sorğuda bəlli olub ki, almanların yarısı kansler Angela Merkelin miqrant siyasətindən narazıdır.
Almaniyada immiqrasiyaya qarşı qrupları da meydana çıxıb.
Şənbə günü bir qrup Berlinin Brandenburg darvazasına iri banner asıb. Onlar şüar vasitəsilə Almaniyanın “islamlaşdırılması” kimi adlandırdıqları immiqrasiyaya etiraz nümayiş etdiriblər.