Əfqan Cəlilov “AGBank”ın İdarə Heyətinin sədri təyin edilib. Bu barədə bankın saytında məlumat verilib.
Bundan başqa, Maliyyə menecmenti departamentinin direktoru Səkinə Xələfova İdarə Heyətinin tərkibinə daxil olub.
Risklər üzrə baş direktor Elnur Musayev isə İdarə Heyətinin sədr müavini təyin edilib.
Qeyd edək ki, sözügedən bankın rəhbəri keçmiş deputat Çingiz Əsədullayevdir.