Türkiyənin Diyarbakır rayonunun Lice qəsəbəsində bir qrup PKK terrorçusu hərbi bazaya qumbaraatan və iriçaplı avtomatlarla hücum edib.
“Milliyet” yazır ki, hücum nəticəsində 5 nəfər əsgər şəhid olub, 8 əsgər isə yaralanıb.
Hücumu təşkil edən terrorçuları zərərsizləşdirmək üçün havadan əməliyyatlara başlanılıb. Bu gün Bingölün Karlıova qəsəbəsində həyata keçirilən əməliyyat zamanı da 1 hərbçi şəhid olub.