Forbes jurnalı ən varlı şəxslərin siyahısını açıqlayıb. Siyahıda birinci yeri 78 milyard dollar sərvətə sahib Microsoftun qurucusu Bill Gates tutur. İkinci yerdə isə 73,1 milyard dollar dəyərində sərvətə malik olan Zara şirkətinin qurucusu Amancio Ortega qərarlaşıb. Siyahıda üçüncü yeri Amazon şirkətinin rəhbəri, eyni zamanda şirkətdə 18 faiz pay sahibi olan Jeff Bezos tutub. Onun 65,3 milyard dollar sərvəti var. Qeyd edək ki, Amazon şirkəti fevral ayından bu vaxta qədər öz hissələrini 50 faiz artırıb. Şirkətin keçən ilki xeyiri 92 milyon dollar olub. Bu ilin il 6 ayının göstəricilərinə görə isə şirkətin gəliri 857 milyon dollara yüksəlib. Qeyd edək ki, jurnalda ən zəngin türk iş adamları da yer alıb. Türkiyədən 3 milyard dollar sərvətə sahib olan Murat Ülkər, 2,5 milyard dollar sərvətə sahib olan Hüsnü Özyeğin, 2,4 milyard dollar sərvətə sahib Ferit Şahenk və 2,2 milyard dollar sərvətə sahib olan Rahmi Koç yer alıb.
azadliq.info