Ölkəmizdə nadir hallarda baş verən hadisə yaşanıb. Belə ki, şəhər sakinlərindən birinin mobil telefonu öz-özünə partlayıb. Məlumatı telefonun sahibi Bizimyol.info-ya verib. Bildirib ki, telefon divanın üzərindəykən bir anda partlayıb: “Evdə oturduğumuz yerdə Samsung markalı telefon partladı və sonra alışmağa başladı. Hadisə evdəki körpənin yanında baş verdi. Xoşbəxtlikdən heç kimə heç nə olmadı. Uşaq qorxudan hələ də danışmır.”
Telefon sahibi güman edir ki, problem batareyada olub. O, batareyanı yeni aldığını deyib və istifadəçiləri ehtiyatlı olmağa çağırıb.