ABŞ-ın Energetika Nazirliyi ölkədəki neft ehtiyatları barədə məlumat açıqlayandan sonra dünya bazarında neftin qiyməti kəskin ucuzlaşıb. Bir neçə dəqiqə ərzində Brent markalı neftin qiyməti 44 dollardan aşağı düşüb. Mayın 10-dan bəri bu ən aşağı göstəricidir.
Gün ərzində ən aşağı qiymət 43,63 dollar olub. Bu da dünənlə iyulun 26-ı ilə müqayisədə 2,8% azdır.
ABŞ Energetika Nazirliyinin məlumatına görə, iyulun 16-dan 22-ə qədər ölkənin neft ehtiyatları təxminən 1,7 mln barrel, yaxud 3,2% (519,5 mln-dan 521,1 mln barrelə qədər) artıb.
ABŞ-ın Neft İnstitutu (APİ) iyulun 26-da açıqlayıb ki, ölkənin neft ehtiyatları bir həftədə 827 min barrel azalıb. Bundan əvvəlki proqnozlara görə isə, ehtiyatların 2,2 mln azalacağı gözlənilirdi.
azadlıq.info