Janus Capital-ın meneceri Chris Diaz, Melbournede iştirak etdiyi bir konfransda sualları cavablandırıb.
Fed-in 2016-ci ildə birdən çox faiz artırmasını aşağı bir ehtimal olduğunu qeyd edən Diaz, iqtisadi göstəricilərin gözləniləndən güclü çıxması vəziyyətində “Sentyabr və Dekabr aylarında faizlər artırıla bilər” deyib.
Diaz, Fedin iqtisadi artım məsələsində böyük bir ehtimalla nikbin olduğunu bildirib.
Janus Capital-ın rəsmisi, ABŞ istiqraz faizlərinin gələn il təxminən bugünkü səviyyələrdə olacağını və mənfi faizlərin, Fed faiz artırmasına baxmayaraq, uzunmüddətli ABŞ istiqrazlarının faizlərinə təzyiq etdiyini bildirib.