ABŞ-ın telekommunikasiya şirkəti Verizon dünyanın ən böyük internet portalı olan Yahoo-nu alır. Müqavilənin 5 milard dollar dəyərində olduğu bildirilir.
Reuters xəbər verir ki, razılıq barədə açıqlama bu gün elan ediləcək.
Qeyd edək ki, Yahoo, 1995-ci ildə Stenford universitetin tələbələri olan Ceri Yanq (Jerry Yang) və Deyvid Filo (David Filo) tərəfindən ABŞ-da yaradılmış internet portalıdır. Əvvəllər axtarış sistemi xidmətini verən portalın xidmət əhatəsi genişləndi. Hazırda portalda elektron poçt, xəbərlər, idman, birja, hava, oyunlar, işlər, alış-veriş, səyahət və s. kimi müxtəlif növ xidmətlər var.