Türkiyənin Tunceli əyalətində PKK terror qruplaşmasının polis nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində 1 asayiş keşikçisi həyatını itirib.
Terrorçular hücum zamanı qumbaratan və avtomat silahlardan istifadə ediblər.
Hücum zamanı daha 2 polis əməkdaşı yaralanıb.
Türkiyənin xüsusi xidmət orqanları terrorçuların yaxalanması və saxlanılması istiqamətində əməliyyata başlayıb. (Report)