Yeni Zelandiyada Kuinstaun aeroportunda Avstraliyanın “Qantas” aviaşirkətinə məxsus təyyarənin göyərtəsində təmizlik işləri aparan xadimə təyyarədə bomba olması barədə məktub tapıb.
Məktub təyyarə aeroporta enəndən və sərnişinlər təyyarəni tərk edəndən sonra aşkarlanıb.
Hüquq-mühafizə orqanları araşdırma aparıb. Aeroport normal rejimdə fəaliyyətini davam etdirir. (APA)