“ACT Azərbaycan” Ramazan ayı ilə bağlı Bakı şəhəri üzrə sorğu keçirib. Şirkətdən verilən məlumata görə, sorğuda 400 respondent iştirak edib.
Rəyi soruşulan respondentlərin 33%-i Ramazan ayında oruc tutduğunu bildirib. Oruc tutanların yarıdan çoxunu qadınlar təşkil edir (59%).
Oruc tutanlar arasında 35-44 yaşlı paytaxt sakinləri üstünlük təşkil edir. Bu yaş qrupu ümumi oruc tutanların 29%- ni təşkil edir.
İkinci pillədə nisbətən cavan nəsil – 25-34 yaş qrupu yer alıb (26%). Ən aşağı göstərici isə ahıl insanların yaş qrupundadır. 65 və yuxarı yaşlı insanların cəmi 6% – i Ramazan ayında oruc tutur.
Bakı sakinlərinin 8 % -i qeyri-müsəlman olduğu üçün, 59 % isə bəzi səbəblərdən oruc tutmur. Oruc tutmayanlar əsasən, səhhətində problem olanlar (35%), iş şəraitinin uyğun olmadığını deyənlər (9%), körpəyə qulluq edənlər və hamilələrdir (3%).
Sorğundan məlum olub ki, şəhər sakinlərinin 25 faizii son 5 ildə mütəmadi olaraq oruc tutub. 29% isə ümumiyyətlə oruc tutmayıb.
Paytaxt əhlinin 13 %-i Ramazan ayında iftar süfrəsinə orta hesabla 3-10 AZN, 8%-i isə 11-20 AZN xərcləyir. (fins.az)