Ərdoğanın Putinə məktubundan dərhal sonra rus pilotun ölümündə ittiham olunan Alparslan Çelik haqqında çıxarılan təqib olunmamaq qərarına xitam verilib və işdə ittiham olunan 24 şəxslə bağlı istintaq başlanılıb. Məhkəmə ilk addım kimi Alparslan Çelikin və digərlərinin xaricə cıxmaması haqda qərar qəbul edib.
Xatırladaq ki, pilotun ölümünü Alparslan Çelik öz üzərinə götürmüşdü və o, İzmir Məhkəməsinin qərarı ilə həbs edilmişdi. Alparslan Çelik istintaqa şəxsən pilotu öldürmədiyini, ancaq döyüş qrupunun komandiri olduğu üçün məsuliyyəti üzərinə götürdüyünü bildirmişdi. İzmir şəhərinin prokuroru sübutların yetərli olmamasından onu həbsdən azad etmişdi.